DTX əməkdaşları Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTOLAR

10:55 - 12 Dekabr 2023

DTX əməkdaşları Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTOLAR

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Ulu Öndərin anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət ediblər.

 

Manset.az xəbər verir ki, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir dövlətçiliyimizin xilaskarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirərək məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az