Beyləqan rayonunda daha 3 ədəd odlu silah polisə təhvil verilib.
Manset.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Tədbir zamanı rayon sakinlərindən mərhum ailə üzvlərinə aid olmuş 3 odlu silah polis əməkdaşları tərəfindən təhvil götürülüb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.