logo
logo logo
logo

Naxçıvanda dövlət qulluğuna qəbul imtahanı təxirə salındı

17:04 - 17 Dekabr 2023

Naxçıvanda dövlət qulluğuna qəbul imtahanı təxirə salındı

Naxçıvanda təyyarə reysi gecikdiyi üçün dövlət qulluğuna qəbul imtahanı təxirə salınıb

 

Manset.az “Nuhçıxan”a istinadən xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, səhər saatlarında Bakıdan Naxçıvana uçmalı olan təyyarə reysi Naxçıvan Muxtar Respublikasında müşahidə olunan hava şəraiti ilə əlaqədar gecikdiyi üçün Naxçıvanda nəzərdə tutulan imtahanın vaxtı 24 dekabr 2023-cü il tarixinə dəyişdirilib. Namizədlər bu imtahan üçün buraxılış vərəqəsini növbəti həftə ərzində (imtahana 3 gün qalmış) çap edə biləcəklər. Yeni buraxılış vərəqələri sayta yerləşdiriləndə məlumat paylaşılacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az