logo
logo logo
logo

Fərəc Quliyev seçkilərdə iştirak etməyəcək - "İmkanımız yoxdur"

14:29 - 18 Dekabr 2023

Fərəc Quliyev seçkilərdə iştirak etməyəcək - \"İmkanımız yoxdur\"

Milli Dirçəliş Hərəkatı Partiyası növbədənkənar prezident seçkilərində iştirak etməyəcək.

 

Bunu Manset.az-a açıqlamasında partiyanın sədri Fərəc Quliyev bildirib.

"Növbədənkənar seçkilərdə iştirak etmək üçün kifayət qədər imkan və resurlarımız yoxdur. Bu səbəbdən partiya öz namizədilə seçkidə iştirak etməyəcək. Lakin bu, seçkiləri boykot etmək mənasına gəlmir. Dairələrə, məntəqələrə nümayəndələrimizi göndərəcyik. Seçki kampaniyasını izləyəcəyik. Bununla bağlı partiyamızın ali qanunverici orqanı qərar qəbul edib",- partiya sədri vurğulayıb.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. İndiyədək Prezident İlham Əliyevin, Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafanın, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Orucun, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin, BAXCP sədri Qüdrət Həsənquliyevin, deputat Razi Nurullayevin namizədliyi irəli sürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az