Xalq artisti yıxılıb xəstəxanalıq oldu

15:40 - 18 Dekabr 2023

Xalq artisti yıxılıb xəstəxanalıq oldu

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Xalq artisti Rafiq Əzimovun Lənkəranda qastrol səfəri zamanı başına iş gəlib.

 

Manset.az “Qafqazinfo”ya istinadən istinadən xəbər verir ki, 85 yaşlı sənətkar “Qarabağnamə” tamaşasının nümayişindən sonra yıxılıb, ayağını zədələyib.

R. Əzimov təcili əməliyyat olunub. Hazırda evdədir, vəziyyəti yaxşıdır. 

Məlumatı teatrın Mətbuat xidmətindən saytımıza təsdiqləyiblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az