Hazırkı küləyin sürəti açıqlandı

08:58 - 22 Yanvar 2024

Hazırkı küləyin sürəti açıqlandı

Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb. 

 

Manset.az xəbər verir ki, 08:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti dəyişib.

Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir. Hazırda küləyin sürəti arabir 25-30 m/s-yə çatır. Neft Daşları stansiyasının məlumatına əsasən  dalğanın hündürlüyü 3.8 metrdir. 

Balakən, Quba, Qusar, Lənkəran, Lerik, Astara, Cəlilabad, Zaqatala, Şəki, Ağdam, Naftalan, Tərtərdə yağış, Gədəbəydə qar yağır. 

Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti yanvarın 24-ü gündüzədək davam edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az