Kür çayının Şirvan şəhərindən keçən hissəsində motorlu qayıqda baş verən nasazlıq səbəbindən iki nəfər köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyindən Manset.az-a verilən məlumata görə, hadisə ilə bağlı qurumun “112” qaynar telefon xəttinə daxil olmuş müraciətlə əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb ediliblər.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib və qayıq yedəyə alınaraq sahilə çıxarılıb.