Bakının 2 qəsəbəsinə metro xətti çəkilir - DETALLAR

11:46 - 22 Yanvar 2024

Bakının 2 qəsəbəsinə metro xətti çəkilir - DETALLAR

Bakı şəhəri, Suraxanı rayonunun Zığ qəsəbəsinə metro xətti çəkilir.

 

Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, artıq layihə hazırdır və bu istiqamətdə işlərə başlanılıb. 

Məlumata görə, prosesə texnikalar cəlb edilib, işlər sürətlə davam etdirilir. Hazırda yeraltı qazıntı işlərinin Xətai rayonu, Gəncə prospekti istiqamətində irəlilədiyi bildirilir. 

İddialara görə, metronun giriş-çıxış istiqamətləri Zığ-Suraxanı və Zığ-Hövsan yolu istiqamətlərindən biri olacaq. 

Bundan əlavə Səbail rayonunun Bibiheybət qəsəbəsi ərazisində də metro xəttinin çəkilişinə başlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az