Bakı-Şamaxı-Yevlax avtomobil yolunda son vəziyyət - VİDEO

12:18 - 23 Yanvar 2024

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda son vəziyyət - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun buz bağlamış hissələrinə qum-duz qarışığı səpilir. Nəticədə hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunur.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, hazırda yolda nəqliyyat vasitələrinin hərəkətində heç bir çətinlik yoxdur.

Sürücülərə yollarda diqqətli olmaları və qış fəslinə uyğun təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə etmələri tövsiyə olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az