Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edildi

11:03 - 25 Yanvar 2024

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edildi

Küləkli və qarlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Eyni zamanda bütün məlumat sürət tablolarından "Güclü külək" və "sürüşkən yol" işarəsi də götürülüb.

Qeyd edək ki, yanvarın 22-də küləkli hava şəraiti ilə əlaqədar bu yolda sürət həddi 20 km/saata endirilmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az