Türkiyədə silahlı hücuma hazırlaşan PKK terrorçuları zərərsizləşdirildilər - VİDEO

12:43 - 12 Fevral 2024

Türkiyədə silahlı hücuma hazırlaşan PKK terrorçuları zərərsizləşdirildilər - VİDEO

Türkiyə Silahlı Qüvvələri Fırat Kalkanı bölgəsinə hücuma hazırlaşan dörd PKK/YPG terrorçusunu zərərsizləşdirib.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “X” hesabında paylaşım edilib.

“Suriyanın şimalında qan tökməkdən, bölgə xalqının əmin-amanlığını və təhlükəsizliyini pozmaqdan başqa məqsədi olmayan PKK/YPG terrorçularına qarşı əməliyyatlarımız davam edir.

Türkiyə Silahlı Qüvvələrimiz Fırat Kalkanı bölgəsində hücuma hazırlaşan dörd PKK/YPG terrorçusunu zərərsizləşdirib”, - deyə nazirlikdən verilən açıqlamada bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az