Almaniyanın Lufthansa aviaşirkətinin Taylandın paytaxtı Banqkokdan Almaniyanın Münhen şəhərinə uçan təyyarəsində şokedici hadisə baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Almaniya vətəndaşı olan 63 yaşlı kişi öskürdükdən sonra ağzından və burnundan “litrlərlə qan” gələrək təyyarədə dünyasını dəyişib.
Hadisə şahidləri qeyd ediblər ki, kişi həyat yoldaşı ilə birlikdə təyyarəyə minərkən çox xəstə görünür, çox tərləyir və nəfəs almaqda çətinlik çəkirdi.
Hadisədən sonra 12 saat davam etməsi gözlənilən səfər 2-ci saat saata yekunlaşıb. Təyyarə yenidən Banqkoka qayıdıb.
Əfsanə Rəcəb
Manşet.az