İsrail fələstinlilərin “təhlükəsiz zona” olaraq sürgün edildiyi Qəzzanın Misir sərhədində yerləşən Rəfah şəhərinə bombalar atıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hücumlarda 100-dən çox fələstinli ölüb, çoxlu sayda insan yaralanıb.
Fələstin Qızıl Aypara Cəmiyyəti də İsrailin hücumlarının daha çox Rəfah şəhərinin mərkəzində olduğunu və hücumlarda mülki vətəndaşların evlərinin də hədəf alındığını açıqlayıb.
Küveyt Xəstəxanasının direktoru Süheyb əl-Hims xəstəxananın çox təhlükəli vəziyyətdə yaralılarla dolu olduğunu, kifayət qədər dərman və zərdabın olmadığını bildirib.
Yerli mənbələr, döyüş təyyarələrinin intensiv artilleriya atəşi və döyüş gəmilərinin dənizdən intensiv atəşi ilə eyni vaxtda 40-a yaxın hava hücumu həyata keçirdiyini, xüsusilə köçkünlərin sığındığı çox sayda ev və məscidi hədəf aldığını qeyd edib.
Əfsanə Rəcəb
Manşet.az