İsrail təhlükəsiz bölgəyə də bomba atdı - Ən azı 100 ölü

14:38 - 12 Fevral 2024

İsrail təhlükəsiz bölgəyə də bomba atdı - Ən azı 100 ölü

İsrail fələstinlilərin “təhlükəsiz zona” olaraq sürgün edildiyi Qəzzanın  Misir sərhədində yerləşən Rəfah şəhərinə bombalar atıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hücumlarda 100-dən çox fələstinli ölüb, çoxlu sayda insan yaralanıb.

Fələstin Qızıl Aypara Cəmiyyəti də İsrailin hücumlarının daha çox Rəfah şəhərinin mərkəzində olduğunu və hücumlarda mülki vətəndaşların evlərinin də hədəf alındığını açıqlayıb.

Küveyt Xəstəxanasının direktoru Süheyb əl-Hims xəstəxananın çox təhlükəli vəziyyətdə yaralılarla dolu olduğunu, kifayət qədər dərman və zərdabın olmadığını bildirib.

Yerli mənbələr, döyüş təyyarələrinin intensiv artilleriya atəşi və döyüş gəmilərinin dənizdən intensiv atəşi ilə eyni vaxtda 40-a yaxın hava hücumu həyata keçirdiyini, xüsusilə köçkünlərin sığındığı çox sayda ev və məscidi hədəf aldığını qeyd edib.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az