Gezeravcı 18 gün yanında daşıdığı Türkiyə bayrağını Ərdoğana təqdim etdi

16:50 - 12 Fevral 2024

Gezeravcı 18 gün yanında daşıdığı Türkiyə bayrağını Ərdoğana təqdim etdi

Türkiyənin ilk astronavtı Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyada keçirdiyi 18 gün ərzində yanında daşıdığı türk bayrağını və “Türkiyənin ilk insanlı kosmos missiyası” yazılan şərfi prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qəbulda Gezeravcının ailəsi onu müşayiət edib.

Qəbulda prezident Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan və Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır da olub.

Ərdoğan Gezeravcıya saat da hədiyyə edib.

Əfsanə Rəcəb

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az