Amerika futbol mövsümünün ən məşhur hadisəsi olan Super Bowl matçında maraqlı anlar yaşanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Kansas City Chiefs” və “San Francisco 49ers” arasında oynanılan oyundan sonra meydana toplaşan qalib komandanın futbolçusu Travis Kelce sevgilisi Teylor Svift tərəfindən öpüşlərə qərq olub.
Çempionat matçından əvvəl Yaponiyada qastrol səfərində olan və matça vaxtında gəlib çatmayacağı düşünülən Teylor cümə günü son şousunu nümayiş etdirdikdən sonra çempionluq matçına yetişib.
Əfsanə Rəcəb
Manşet.az