Avropa ölkəsindən İsrailə embarqo

17:34 - 12 Fevral 2024

Avropa ölkəsindən İsrailə embarqo

Hollandiyadakı apellyasiya məhkəməsi beynəlxalq humanitar hüququ pozduğuna görə İsrailə F-35 qırıcı təyyarələrinin hissələrinin satışını dayandırmağa qərar verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, məhkəmə İsrailin bu hissələrdən istifadə edərək insan hüquqlarının pozmasını nəzərə alaraq bu qərarı verib.

Məhkəmədən verilən açıqlamada, F-35 döyüş təyyarələrinin hissələrinin İsrailə ixracının dayandırılması tələbini rədd edən məhkəmə qərarı ilə bağlı insan haqları təşkilatları Oxfam Novib, PAX və The Rights Forumun apellyasiya tələbinin qəbul edildiyi bildirilib.

İsrailin Qəzzaya hücumlarında mülki vətəndaşlara dəyən zərəri kifayət qədər nəzərə almadığı vurğulanıb.

Həmçinin, Hollandiyaya F-35 hissələrinin İsrailə ixracını 7 gün ərzində dayandırması əmri verilib.

Əfsanə Rəcəb

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az