Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən “2024 Dünya Hökuməti Sammiti” 25-dən çox dövlət və hökumət başçısının iştirakı ilə başlayıb.
Bu barədə Manset.az BƏƏ-nin rəsmi xəbər agentliyi WAM-a məlumat yayıb.
Məlumatda “Gələcəyin Hökumətlərini Formalaşdırmaq” mövzusu ilə keçirilən Dünya Hökumət Zirvəsinin fevralın 14-dək davam edəcəyi bildirilir.
Həmçinin qeyd edilib ki, sammitdə dünyanın üzləşdiyi aktual problemlərin kölgəsində gələcək imkan və çağırışların müzakirə ediləcək. Sammitdə 25-dən çox dövlət və hökumət başçısının iştirak etdiyi deyilir.
Dubayda keçirilən sammitdə dünyanın müxtəlif ölkələrindən 120 hökumət nümayəndə heyəti ilə yanaşı, 85-dən çox beynəlxalq və regional təşkilatın iştirak etdiyi bildirilir.
Xəbərdə Dünya Hökumətləri Sammiti çərçivəsində 6 əsas mövzu altında keçiriləcək 15 qlobal forumda gələcək əsas qlobal transformasiyaların müzakirə ediləcəyi qeyd edilib.
Prezident Rabitə Müdirliyindən dünən verilən açıqlamada, prezident Rəcəb Tayyib Ərdoğanın fevralın 13-də keçiriləcək Dünya Hökumətləri Zirvə toplantısına fəxri qonaq qismində qatılacağı bildirilr.
Açıqlamada qeyd olunub ki, Zirvə münasibətilə prezident Ərdoğanın iştirakçı ölkələrdən olan həmkarları, xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə ikitərəfli görüşləri gözlənilir.
Jalə
Manşet.az