Afinada 70 yaşlı kişi iş yerində 3 nəfəri öldürərək intihar etdi

10:42 - 13 Fevral 2024

Afinada 70 yaşlı kişi iş yerində 3 nəfəri öldürərək intihar etdi

Yunanıstanın paytaxtı Afinanın Qlifada rayonunda ov tüfəngi ilə əvvəllər işlədiyi gəmiçilik şirkətinə gedən 70 yaşlı Misir vətəndaşı biri qadın olmaqla 3 nəfəri təsadüfi atəş açaraq öldürüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hücum edən şəxsin daha sonra binanın içərisində intihar etdiyi bildirilib.

Xəbərdə hücum edənin daha əvvəl sözügedən şirkətdə uzun müddət çalışdığı, lakin işdən çıxarıldığı qeyd edilib.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az