Yunanıstanın paytaxtı Afinanın Qlifada rayonunda ov tüfəngi ilə əvvəllər işlədiyi gəmiçilik şirkətinə gedən 70 yaşlı Misir vətəndaşı biri qadın olmaqla 3 nəfəri təsadüfi atəş açaraq öldürüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hücum edən şəxsin daha sonra binanın içərisində intihar etdiyi bildirilib.
Xəbərdə hücum edənin daha əvvəl sözügedən şirkətdə uzun müddət çalışdığı, lakin işdən çıxarıldığı qeyd edilib.
Əfsanə Rəcəb
Manşet.az