ABŞ prezidenti Co Bayden seçki kampaniyası üçün “TikTok” hesabı açıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ilk videosunu “Salam uşaqlar” başlığı ilə paylaşan Bayden videoda ona ünvanlanan sualları cavablandırıb.
ABŞ prezidentinə dünən axşam oynanan Super Bowl matçı ilə bağlı “Kanzas City Chiefs ya San Francisco 49ers?" sualı verilib. Bayden “Philadelphia Eagles” cavabını verərək, “Əks təqdirdə, yalnız yata bilərəm, çünki həyat yoldaşım Filli qızıdır” deyib. “Bayden ya Tramp?” sualına isə gülərək “Mənimlə zarafat edirsən? "Bayden" deyə cavab verib.
Seçki kampaniyasını “TikTok”da aparan Bayden hesabının kampaniya qrupu tərəfindən idarə edildiyini bildirib.
Qeyd edək ki, Bayden 2022-ci ildə TikTok-un əksər federal hökumət cihazlarında istifadəsinə mane olan qanunu imzalamışdı.
Əfsanə Rəcəb
Manşet.az