İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərinə hücum etməzdən əvvəl necə yaşayacaqlarını düşünmədiyi təxminən 1,5 milyon insanı təxliyyə etmək üçün Misirə 15 çadır şəhərciyi qurmağı təklif etdiyi bildirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrail şəhərdəki insanların evakuasiya edilməsi üçün çadır şəhərciklər qurulması ilə bağlı Misirə etdiyi təklifin ABŞ və ərəb ölkələri tərəfindən maliyyələşdiriləcəyini bildirib.
Təxminən 25 min çadırdan ibarət 15 düşərgə sahəsinin yaradılmasını ehtiva edən xəbərdə, "Misir İsrailin təklifini açıq şəkildə şərh etmədi" ifadəsi işlədilib.
Bildirilib ki, İsrailin təklifinə əsasən, düşərgələrin qurulması, müvəqqəti sağlamlıq ocaqları və su təchizatı məsələlərinə Misirin cavabdeh olacağı vurğulanıb.
Əfsanə Rəcəb
Manşet.az