ABŞ-ın Florida ştatında yaşayan yoqa təlimatçısı Heyli Milks (41) adlı qadın 2019-cu ildə sosial mediada nişanlısı David üçün böyrək axtaran bir gəncin elanını görür.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu elana rast gəlməsinin təsadüf olmadığını düşünən Heyli donor namizədi ola biləcəyini bildirib.
Cütlük onu şam yeməyinə dəvət edib və Heylinin qan qrupu eyni donur olacağı gənc ilə deyildi. Amma bir sıra testlərdən keçdikdən sonra onun donor olmağa uyğun olduğu məlum olub.
Əməliyyatdan sonra Heyliyə ən çox Davidin qardaşı Uilyam Montoto (40) kömək edib. Söhbət zamanı məlum olub ki, onların hər ikisi uğursuz evliliklər keçiriblər.
Heylinin dörd, Uilyamın isə üç uşağı var. Heyli evə buraxıldıqdan sonra Uilyam ona “Ümid edirəm ki, sən məni qardaş kimi görmürsən” deyərək niyyətini bildirib. Bundan sonra cütlük münasibət qurmağa başlayıb və evlənib.
Əfsanə Rəcəb
Manşet.az