Türkiyəli məşhur aktyor Cem Özer və həyat yoldaşı Pınar Dura Özer ötən gün “Pembe Masa”nın qonağı olublar.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, daha əvvəl 4 dəfə evli olub boşanan Cem Özer həyat yoldaşının yanında verdiyi açıqlama ilə gündəm olub.
Sevgililər günü həftəsində həyat yoldaşı ilə efirə çıxan Cem Özer, “Ən böyük uğurum boşanmaqdır, 2 uşağımın anaları ilə eyni evdə həyat yoldaşı ola bilmədim, amma boşandıqdan sonra çox yaxşı dost olduq. Uşaqlarım da buna görə çox xoşbəxtdir” deyib.
Özer açıqlamasında, "Pınar mənim 5-ci həyat yoldaşımdır və ondan əvvəlki bütün evliliklərim böyük səhv imiş. Pınarla hələ də bir-birimizi sevirik. Pınar, Nurgül, mən və Nejat bir yerdə otura bilərik. Pınar məni ələ aldı və indi onunla çox xoşbəxtəm”ifadələrini işlədib.
Qeyd edək ki, Cem Özer 1984-cü ildə Sebla Pekcanla ailə həyatı qurub. 1989-cu ildə boşanan cütlüyün Cemre Özer adlı uşaqları olub. Cem Özer 1989-cu ildə aktrisa Selin Dilmenlə ikinci evliliyini edib. Bu evlilik 1991-ci ildə bitib. Özer 1994-cü ildə Esin Maraşlıoğlu ilə üçüncü dəfə evlənib və bu evlilik 1999-cu ilə qədər davam edib. Cem Özer 2004-2010-cu illərdə aktrisa Nurgül Yeşilçayla dördüncü evliliyini edib. Cütlüyün bu evlilikdən Osman Nejat Özer adlı övladı dünyaya gəlib. Özer 2017-ci ildən Pınar Dura ilə birlikdədir.
Əfsanə Rəcəb
Manşet.az