İsrail ordusunun itkiləri açıqlandı

15:33 - 13 Fevral 2024

İsrail ordusunun itkiləri açıqlandı

İsrail ordusunun Qəzza zolağında daha üç əsgəri həlak olub.

 

Manset.az xəbər verir ki, quru əməliyyatı başlayandan ölən əsgər və zabitlərin sayı 232-yə yüksəlib. Fələstin-İsrail münaqişəsinin gərginləşməsindən bəri ordunun ümumi itkiləri 569 nəfərə çatıb.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS döyüşçülərinin İsrail ərazisinə soxulmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və əsirlərin girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin  pisləşib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az