Cennifer Lopez təqaüdə çıxdığı ilə bağlı siqnal verdi

15:55 - 13 Fevral 2024

Cennifer Lopez təqaüdə çıxdığı ilə bağlı siqnal verdi

Amerikalı müğənni Cennifer Lopez fevralın 16-da "This Is Me... Now" adlı doqquzuncu albomunu tamaşaçılara təqdim edəcək.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə açıqlama verən Cennifer Lopez bundan sonra yeni albom hazırlayacağına əmin olmadığını bildirərək, təqaüdə çıxdığı ilə bağlı siqnal verib.

Lopez, “Düzünü desəm, yeni albom hazırlamağa əmin deyiləm. Bu albom çox özəldir və demək olar ki, "kolleksiya parçası" kimidir. Bu albom mənim üçün bir dövrün sonu, həm də yeni bir dövrün başlanğıcı kimi hiss etdirir. Ona görə də heç vaxt demirəm, amma hər şeyi bu alboma vermişəm” deyib.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az