Rusiya Daxili İşlər Nazirliyi Estoniyanın baş naziri Kaja Kallas barəsində axtarış elan edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Nazirliyin saytında xəbər dərc olunub.
Kallas Rusiya Cinayət Məcəlləsinə uyğun olaraq axtarışda olanlar siyahısına əlavə edilib.
Qərarın səbəbi ilə bağlı heç bir açıqlama verilməyib.
Mətbuatın yazdığına görə, Kallas Rusiya administrasiyasına qarşı açıqlamaları ilə tanınır.
Əfsanə Rəcəb
Manşet.az