Hindistan yeni nəsil hava peykini orbitə çıxardı

22:40 - 17 Fevral 2024

Hindistan yeni nəsil hava peykini orbitə çıxardı

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) yeni nəsil hava müşahidə peyki olan “INSAT-3DS”i kosmosa uğurla buraxıb.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, bu barədə ISRO-nun X (keçmiş tviter) səhifəsində məlumat paylaşılıb.

Çəkisi 2274 kiloqram olan “INSAT-3DS” üçüncü nəsil meteoroloji peykdir və geostasionar orbitdə yerləşdiriləcək. Missiyanın məqsədi hərtərəfli meteoroloji müşahidələrin aparılmasıdır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az