Bu geyimlə Münhenə gedərlər, Paşinyan?! - Korotçenko

09:20 - 18 Fevral 2024

Bu geyimlə Münhenə gedərlər, Paşinyan?! - Korotçenko

Münhen Təhlükəsizlik Konfransında Ermənistanın Baş naziri Nikol Vovayeviç Paşinyan yolları başına taxılmış kepkası ilə fəth edir.

 

Manset.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı ekspert İqor Korotçenko Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransına yeni imici - kepkalı getməsi haqda qeyd edib.

"Qulaq asın, Ermənistanın baş nazirinin imicinə kim cavabdehdir? Hanı protokol? Ora Avropadır, Münhendir, Qərb siyasətinin aparıcılarıdır - Paşinyan isə İcevandakı kolxoz bazarında ərik satıcısı kimi geyinib. Axı insanı geyiminə görə qarşılayırlar.

Nikol Vovayeviçin yaxşı zövqü olan arvadı var - bəlkə də heç olmasa ona kepka taxmağa ehtiyac olmadığını söyləyəcək. Başınız üşüyürsə (halbuki Münhendə çox istidir), kepka yerinə dəbli şlyapa qoyun, ya da kapüşonlu gödəkcə də pis deyil".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az