Paşinyan Əliyevlə görüşündən DANIŞDI

23:47 - 18 Fevral 2024

Paşinyan Əliyevlə görüşündən DANIŞDI

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Münxendə keçirilən görüşün əsas nəticələrindən birini tərəflərin əvvəllər əldə edilmiş razılaşmalara sadiqliyinin təsdiqi adlandırıb.

 

Manset.az Report-a istinadən  xəbər verir ki, bu barədə o, Almaniyadakı erməni icmasının nümayəndələri ilə görüşündə bildirib.

“Masada vacib bir sual var idi. Tərəflər daha əvvəl Praqa və Brüsseldə əldə olunmuş razılaşmaları təsdiq edirmi? Ümumiləşdirsək, qeyd edə bilərik ki, tərəflər bu razılaşmalara sadiq qalırlar”, - deyə Ermənistan Nazirlər Kabinetinin rəhbəri bildirib.

Baş nazir qeyd edib ki, yaxın vaxtlarda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutacaq.

“Biz prezident İlham Əliyevlə razılaşdıq ki, yaxın vaxtlarda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutacaq, bundan sonra ölkələr arasında sərhədin demarkasiyası və delimitasiyası üzrə komissiyanın növbəti iclası da keçiriləcək”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az