Böyük Britaniyaya məxsus gəmi Yəmən sahillərində hücuma məruz qalıb və nəticədə gəmi zədələnib.
Manset.az xəbər verir ki, bu barədə Kral Donanmasının Dəniz Ticarət Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
İnsident Yəmənin Moha şəhərindən 35 dəniz mili cənubda qeydə alınıb. Hansı gəminin hücuma məruz qaldığı isə açıqlanmır.
"Kapitan gəminin bilavasitə yaxınlığında partlayış baş verdiyini və bunun nəticəsində ziyan dəydiyini bildirib. O, ekipajın təhlükəsiz olduğunu deyib. Hərbi hakimiyyət hadisənin baş vermə şəraitini araşdırır. Gəmilərə ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-nu məlumatlandırmaq tapşırığı verilib”, - deyə məlumatda qeyd olunub.