Yeni Qvineyada tayfalararası qarşıdurmada 53 nəfər həyatını itirdi

13:48 - 19 Fevral 2024

Yeni Qvineyada tayfalararası qarşıdurmada 53 nəfər həyatını itirdi

Papua Yeni Qvineyada tayfalararası qarşıdurmada 53 nəfər həyatını itirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, münaqişənin bir tayfanın bölgədə yaşayan başqa bir tayfaya hücum etməyə hazırlaşarkən pusquya düşməsi nəticəsində baş verdiyi öyrənilib.

Bölgədə qarşıdurmaların 2022-ci il seçkilərindən sonra başladığı və son vaxtlar daha da şiddətləndiyi bildirilib.

Papua Yeni Qvineya Kral Konstabulunun rəisi Corc Kakas polis qüvvələrinin "risk alaraq" hərəkətə keçməli olduğunu qeyd edib. Kakas hadisəyə müdaxilə edən polis məmurlarının "şok" olduqlarını söyləyib.

Hadisəni ölkənin son dövrünün "ən böyük qırğını" olaraq xarakterizə edən polis qüvvələri cəsədlərin polis mikroavtobuslarına yükləndiyini açıqlayıb.

Əfsanə Rəcəb

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az