Separatçı Vardanyanın sahib olduğu bankı Gürcüstan aldı

13:58 - 19 Fevral 2024

Separatçı Vardanyanın sahib olduğu bankı Gürcüstan aldı

Gürcüstana məxsus “Bank of Georgia” (BoG) Ermənistanın ən böyük banklarından biri olan və əvvəllər separatçı Ruben Vardanyan tərəfindən idarə edilən “Ameriabank”ın səhmlərinin 100%-ni alır.

 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə BoG-un saytında xəbər verilib.

Bildirilir ki, əməliyyatın dəyəri 303,6 milyon dollardır. Razılaşma bitdikdən sonra BoG Ermənistan bankının adını dəyişməyi planlaşdırır.

Yeri gəlmişkən, qeyd edək ki, Qarabağda separatçı rejimdə “dövlət naziri” olmuş Ruben Vardanyan hazırda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında digər separatçılarla birlikdə saxlanılır. Ona qarşı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb. Separatçı milyarder barəsində cinayət işinin istintaqı davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az