Bu ölkədə məktəblərdə mobil telefonlar qadağan edildi

16:43 - 19 Fevral 2024

Bu ölkədə məktəblərdə mobil telefonlar qadağan edildi

İngiltərədə rəqəmsal asılılığın qarşısını almaq və şagirdlərin diqqətlərini təhsillərinə yönəltmək üçün bəzi məktəblərdə mobil telefonların qadağan edilməsi qərara alınıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu qərarla məktəbdə gün ərzində fasilələr də daxil olmaqla mobil telefondan istifadə qadağan ediləcək.

Qadağaları pozan şagirdlər məktəb direktoru tərəfindən saxlanıla, telefonları müsadirə oluna bilər.

Yeni təlimat müəllimlərə kürək çantalarında axtarış etmək səlahiyyəti verməklə məktəb əmlakında cib telefonlarına nəzarəti dəstəkləyir.

Bu kontekstdə məktəblərə təklif olunan üç fərqli siyasət variantına şagirdlərin mobil telefon istifadəsinə nəzarət etmək üçün müxtəlif yanaşmalar daxildir.

Birinci variant məktəb ərazilərində telefonlara tam qadağa qoyulmasını nəzərdə tutur, şagirdlərə mobil telefonlarını evdə qoymağı tövsiyə edir. İkinci variantda şagirdlərə cihazlarını məktəb işçilərinə təhvil verməyə və günün sonunda götürməyə icazə verilir. Sonuncu variantda tələbələrə telefonlarını əllərində saxlamağa icazə verilir, lakin onlardan istifadə etməmək tələb olunur.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az