Ukrayna Ali Radanın Vergi Komitəsinin rəhbəri Daniil Getmantsev 2023-cü ildə ölkədə milyonçuların sayının artacağını bildirib.
Manset.az xəbər verir ki, komitə sədri bu barədə Ukraynanın "Ölkə Siyasəti" "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, gəliri 1 milyon qrivnadan çox olan bəyannamələrin sayı 16% artıb.
Ümumilikdə, ötən il Ukraynada 12 374 milyonçu qeydə alınıb ki, bu da 2021-ci illə müqayisədə 2 863 nəfər çoxdur. Getmantsev qeyd edib ki, onlar büdcəyə 2,7 milyard qrivna vergi və 0,5 milyard "hərbi vergi" ödəməlidirlər.
Fevralın əvvəlində Ukrayna Milli Bankı bəyan edib ki, 2024-cü ilin ilk ayında ölkənin beynəlxalq ehtiyatları 2 milyard dollar azalaraq 38,5 milyard dollar təşkil edib.
Jalə
Manşet.az