İngiltərədə "gülmə qazı" kimi tanınan azot oksidindən istifadə etdikdən sonra tənəffüs çatışmazlığı yaşayan 24 yaşlı Ellen Merser adlı qadın dünyasını dəyişib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qəfil və gözlənilməz ürək-tənəffüs çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilən qadının bədənində "nevroloji təhlükə əlamətləri" aşkar edilib.
Həkimlər aparılan müayinələr nəticəsində Merserin orqanizmində gənclərin üstünlük verdiyi həbin azot oksidinin (gülmə qazı) qan dövranı və tənəffüs yollarında ciddi problemlər yaratdığını üzə çıxarıb. Yarılmada ölümün əsas səbəbinin qazdan istifadə nəticəsində yaranan “uzun müddətli ağırlaşmalar” olduğu bildirilib.
Əfsanə Rəcəb
Manşet.az