Ukraynanın Ternopil vilayətində hərbi xidmətə çağırış məntəqəsində 49 yaşlı kişi həyatını itirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bədəninin hər yerində göyərmə izləri olan şəxsin epilepsiya xəstəsi olduğu bildirilib.
Beləki, 49 yaşlı kişi fevralın 25-də hərbi qeydiyyat sənədlərini yoxlamaq və tibbi müayinədən keçmək üçün hərbi xidmətə çağırış məntəqəsinə gəlib. O, spirtli içki qəbul etdiyi üçün tibbi müayinədən keçə bilməyib.
İki gün sonra isə fevralın 27-də çağırışçı mərkəzdə olarkən səhhəti pisləşib və qıcolmalar keçirməyə başlayıb. Ternopil Xüsusi Prokurorluğu mərkəzin əməkdaşlarının davranışlarının vəzifə səlahiyyətlərini aşması ehtimalını araşdırır.
Qeyd edək ki, keçən il Ternopil Hərbi Komissarlığının təhlükəsizlik şöbəsinin komandiri işgəncədə ittiham olunurdu.
Əfsaanə Rəcəb
Manşet.az