Dünyanın ən bahalı avtomobili istehsal olundu - 30 milyon dollar

18:13 - 02 Mart 2024

Dünyanın ən bahalı avtomobili istehsal olundu - 30 milyon dollar

“Rolls-Royce” şirkəti hazırda dünyanın ən bahalı avtomobili sayılan yeni “Arcadia Droptail” kabrioletini təqdim edib.

 

Manset.az Lent.az-a istinadən xəbər verir ki, avtomobil Sinqapurdan olan müştərinin sifarişi ilə yaradılıb. Avtomobil 600 at gücü olan 6,75 litrlik V12 tvin-turbo mühərriklə təchiz edilib. Kabrioletin salonu bahalı dəri və qızılgül kolları ilə bəzədilib. Onu yaratmaq üçün “Rolls-Royce” işçiləri səkkiz min saatdan çox işləyiblər. Bundan əlavə, işçilər tablosuna saatın hazırlanmasına iki il beş aydan çox vaxt sərf olunub.

“Rolls-Royce Arcadia Droptail”in kuzovu günəşdə parıldayan alüminium və şüşə hissəciklərindən ibarət unikal ağ mina ilə boyanıb.

Avtomobilin dəyəri 30 milyon dollar təşkil edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az