Pakistanda fövqəladə vəziyyət elan olundu

23:24 - 02 Mart 2024

Pakistanda fövqəladə vəziyyət elan olundu

Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində güclü yağışlar nəticəsində 17 nəfər ölüb, 23 nəfər xəsarət alıb.

 

Manset.az xəbər verir ki, əyalətin bəzi bölgələrində, xüsusilə Peşavar, Aşağı Dir və Bajaurda güclü yağışlar nəticəsində evlərin damları uçub, bəzi evlər isə sürüşmə nəticəsində torpaq altında qalıb.

Əlverişsiz hava şəraiti ölkənin əksər bölgələrinə, o cümlədən Lahor, Bəlucistan, Kəraçi və şimaldakı dağlıq bölgələrə ziyan vurub.

Kəraçidə leysan yağışlar səbəbindən fövqəladə vəziyyət elan edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az