Çində doğum nisbətinin artırılması üçün lotereya biletləri paylanacaq

18:46 - 03 Mart 2024

Çində doğum nisbətinin artırılması üçün lotereya biletləri paylanacaq

Çinin Sian şəhərinin hakimiyyəti nikah şəhadətnaməsini təqdim edən yeni evlənənlərə veriləcək lotereya biletlərinə 700 min yuan (təxminən 165 min manat) ödəyəcək.

 

Manset.az oxu.az-a istinadən bildirir ki, bu yolla səlahiyyətlilər doğum nisbətini artırmağa çalışırlar.

Kampaniya noyabrın 30-dək davam edəcək. Mükafatların ölçüsü və uduşlu biletlərin sayı məlum deyil.

Xatırladaq ki, Çinin əhalisi artıq ikinci ildir ki, azalır. Eyni zamanda, uşaqların doğulması 2016-cı illə müqayisədə iki dəfə azalıb.

Ölkə adambaşına düşən ÜDM-ə nisbətdə uşaq böyütmək üçün ən bahalı yerlərdən biridir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az