Rusiyadan Kuraxovenə hücum - 16 nəfər yaralandı

19:27 - 03 Mart 2024

Rusiyadan Kuraxovenə hücum - 16 nəfər yaralandı

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kuraxove şəhərini atəşə tutması nəticəsində 16 nəfər yaralanıb.

 

Manset.az  xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının (VHA) sədri Vadım Filaşkin teleqramda bildirib.

“Bu gün nahar saatlarında Kuraxove atəşə tutulub – düşmən şəhərin düz mərkəzini vurub, azı 15 çoxmərtəbəli binaya tuş gəlib. İlkin məlumata görə, rusiyalılar idarəolunan aviabomba istifadə ediblər”, – VHA-nın başçısı qeyd edib.

Onun sözlərinə görə, yaralılardan ikisinin vəziyyəti ağırdır. Filaşkin vurğulayıb ki, yaralıların hamısı xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, Ukraynanın Donetsk vilayətinin böyük qismi 2014-cü ildən rusiyayönümlü separatçıların, 2022-ci ilin fevralından isə rəsmi şəkildə Rusiya Silahlı Qüvvələrinin nəzarəti altındadır. 2022-ci ilin fevralında genişmiqyaslı hərbi müdaxiləyə baxmayaraq, Moskva regionu tam işğal edə bilməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az