Dünyanı gəzən cütlük Hindistanda dəhşət yaşadı - 7 nəfər təcavüz etdi

12:14 - 04 Mart 2024

Dünyanı gəzən cütlük Hindistanda dəhşət yaşadı - 7 nəfər təcavüz etdi

Hindistanın Charkhand əyalətinin Dumka bölgəsində yol kənarında çadır quran dünyanı gəzən ispaniyalı cütlüyü çadıra gələn 7 nəfər döyüb və qadına təcavüz edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, cütlük yaşadıqları dəhşəti sosial media hesabında paylaşıb.

Hadisə martın 1-i axşam saatlarında baş verib. Əri ilə velosipedlə səyahət edərkən qrup şəklində təcavüzə məruz qalan ispaniyalı turis İnstaqram səhifəsində bunları paylaşıb:

“Başımıza kiminsə başına gəlməsini istəməyəcəyimiz bir şey gəldi. Yeddi kişi məni zorladı. Bizi döydülər, qarət etdilər, amma çox bir şey götürmədilər, çünki istədikləri məni zorlamaq idi. Polislə birlikdə xəstəxanadayıq. Bu gecə burada, Hindistanda baş verib".

Digər tərəfdən, videoda alt dodağı şişmiş kişi ispanca “Boynuma bıçaq dayadılar və məni öldürəcəklərini söylədilər” deyib.

Hindistan polisi təqsirli bilinən 7 nəfərdən 4-nün həbs edildiyini və cinayəti boynuna aldığını bildirib.

Polis qadının Dumkadakı yerli xəstəxanada müalicə aldığını təsdiqləyib.

İspaniyanın Hindistandakı səfirliyi yerli hakimiyyət orqanları ilə əlaqə saxlayıb və bölgəyə şəxsi nümayəndə göndərib.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az