Səudiyyə Ərəbistanında Ramazan ayı üçün açıqlanan qaydalar oxuyanları təəccübləndirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Səudiyyə Ərəbistanında 2023-cü ilin sonunda verilən qərarla məscidlərdə Quranın yüksək səslə yayımlanması qadağan edilib.
Bu qərarın əsas səbəbi xəstələrin, qocaların və uşaqların yüksək səsdən mənfi təsirlənməsi göstərilib.
Məscidlərdə və onun ətrafında iftar tədbirləri keçirilməyəcək və kütləvi iftar təşkilatları dayandırılacaq.
Məscidlərdə iftar üçün ianə yığılmayacaq. Əvvəlki illərdə tez-tez keçirilən yardım kampaniyaları bu il keçirilməyəcək.
Təravih namazı lazımsız yerə uzadılmayacaq. Namazlar müəyyən olunmuş müddətlərdə qılınacaq.
Quran oxunarkən məsciddən kənarda səsgücləndiricilər işə salınmayacaq. Quran oxunması və ibadətlər məscidin içində oxunmağa davam edəcək.
Əfsanə Rəcəb
Manşet.az