Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Bedburq-Hau qəsəbəsindəki qocalar evində baş verən yanğında 4 nəfər ölüb, 23 nəfər yaralanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yanğının baş vermə səbəblərinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.
Polisin verdiyi açıqlamaya görə, hadisə yerli vaxtla saat 03.50-də yanğın baş verib.
Hadisə yerinə gələn və söndürməyə başlayan yanğınsöndürənlərdən biri xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Qocalar evindən 46 nəfər qruplar tərəfindən təxliyə edilib.
Əfsanə Rəcəb
Manşet.az