NATO-nun Skandinaviyadakı iki həftəlik təlimləri - DETALLAR

17:56 - 04 Mart 2024

NATO-nun Skandinaviyadakı iki həftəlik təlimləri - DETALLAR

NATO Skandinaviyada iki həftəlik təlimlərə başlayır.

 

Manset.az Modern.az- a istinadən xəbər verir ki, Finlandiya, Norveç və İsveçin şimal bölgələrində keçiriləcək "Nordic Response 2024" təlimində 13 ölkədən 20 000-dən çox əsgər iştirak edəcək.

Təlimləer martın 15-dək davam edəcək. Belçika, Böyük Britaniya, Kanada, Danimarka, Fransa, Almaniya, İtaliya, Niderland, İspaniya və ABŞ-dan olan hərbi qulluqçular da təlidə iştirak edir. 2023-cü ilin aprelində NATO-ya qoşulan Finlandiya Rusiya ilə 1340 kilometr sərhədi bölüşür. Qonşu İsveç hazırda hərbi alyansa 32-ci üzv kimi qoşulmaq üçün rəsmiləşdirmə işlərini tamamlayır.

Təlimlər quruda, dənizdə və havada - 50-dən çox sualtı qayıq, freqat, korvet, aviadaşıyıcı və müxtəlif desant gəmiləri, 100-dən çox döyüş təyyarəsi, nəqliyyat təyyarələri, dəniz müşahidə təyyarələri və helikopterlərdə keçiriləcək. Təlimlərə rəhbərlik edən Norveç hərbçilərinin sözlərinə görə, şimal bölgəsinin müdafiəsi məşq ediləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az