Avropa İttifaqı Apple-ı 2 milyard dollar cərimələdi

17:36 - 04 Mart 2024

Avropa İttifaqı Apple-ı 2 milyard dollar cərimələdi

Avropa Komissiyası Spotify musiqi platformasının etirazından sonra Apple-ı "App Store tətbiqlərində dominant mövqeyindən sui-istifadə etdiyinə" görə 2 milyard dollar cərimələyib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Aİ Komissiyasının rəqabət üzrə rəhbəri Margrethe Vestager açıqlama verib.

Vestager "Apple on il ərzində Apple Store vasitəsilə musiqi xidmətlərinin paylanmasında bazardakı dominant mövqeyindən sui-istifadə etdi. Onlar bunu tərtibatçıları Apple xaricindəki daha sərfəli alternativlərdən məhdudlaşdırmaqla etdilər" deyib.

O, həmçinin Apple-ın dəyişikliklərini diqqətlə nəzərdən keçirdiyini və şirkətin martın 7-də qüvvəyə minən Rəqəmsal Bazarlar Aktı kimi tanınan AB-nin yeni texnologiya qaydalarına uyğun olub-olmadığını öyrənmək üçün bazardan gələn rəyləri də nəzərə alacağını söyləyib.

Apple isə bəyanat verib və tənzimləyicilərin rəqabətli, sürətlə böyüyən reallıqlara məhəl qoymadıqlarını bildirərək cəzaya etiraz edib.

Texnologiya nəhəngi Apple-ın gəlirləri 30 dekabr 2023-cü ildə sona çatan üç aylıq dövrdə 119,6 milyard dollara, iPhone satışları isə 6 faiz artaraq 69,7 milyard dollara çatıb.

Əfsanə Rəcəb

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az