ABŞ-da evin bağçasında keçirilən ziyafətə basqın edildi - 4 nəfər öldü

17:45 - 04 Mart 2024

ABŞ-da evin bağçasında keçirilən ziyafətə basqın edildi - 4 nəfər öldü

ABŞ-ın Kaliforniya ştatında maskalı silahlı şəxslərin bir evin bağçasında keçirilən şənliyə soxularaq atəş açması nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə dünən yerli vaxtla saat 18:00 radələrində baş verib.

Polis tərəfindən verilən açıqlamada 3 maskalı təcavüzkarın bir evin bağçasında keçirilən şənliyə basqın edərək camaata atəş açaraq 4 nəfəri öldürdüyü və şəxsiyyəti məlum olmayan hücumçuların avtomobilləri ilə hadisə yerindən qaçdığı bildirilib.

Açıqlamada, hücumla bağlı istintaq başladıldığı qeyd edilib.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az