Ərzurumun Karaçoban rayonunda PKK/KCK terror təşkilatının təbliğatını apardığı iddia edilən 1 şübhəli saxlanılıb.
Bu barədə Manset.az TRTHaber-ə istinadən xəbər verir.
Ərzurum polisi tərəfindən verilən açıqlamaya görə, PKK/KCK terror təşkilatının hərəkət və fəaliyyətlərinin üzə çıxarılması və qarşısının alınması istiqamətində işlər davam edir.
Bu çərçivədə DEM Partiyasının Karaçoban rayonunda seçki əlaqə bürosunun açılış tədbirlərində terror təbliğatı aparan E.Y. nəzarətə götürülüb.
Polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilən şübhəli, xaricə çıxış qadağası və həftənin 3 günü imza atmaq öhdəliyi ilə göndərildiyi hakimlik tərəfindən məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Jalə
Manşet.az