Ankaranın Sincan rayonunda EGO markalı avtobus aşıb.
Manset.az DHA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 1-i ağır olmaqla 20 nəfər xəsarət alıb.
Bildirilir ki, Temelli Beyobası ərazisində EGO avtobusu yoldan çıxaraq xəndəyə düşüb. Hadisə yerinə çoxlu təcili yardım maşınları göndərilib.
Yaralılar təcili yardım maşınları ilə ətraf xəstəxanalara aparılıb.
Jalə
Manşet.az