Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.
Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları xidmət apardıqları ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndirərək, yollarda nəzarəti təmin edirlər.
Xüsusilə paytaxtın Suraxanı və Xətai rayonları ərazisində yol polisi əməkdaşları tərəfindən hərəkət iştirakçılarının rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.
Hazırda paytaxt ərazisində nəqliyyat vasitələrinin bütün istiqamətlər üzrə maneəsiz hərəkəti tam təmin edilib.